Hövsanda 5-ci sinif şagirdi qaçırılıb? - Məktəbdən açıqlama

hovsanda-5-ci-sinif-sagirdi-qacirilib
Oxunma sayı: 6331

Dünən Hövsanda 5-ci sinif şagirdinin qaçırılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar valideynlər arasında təşvişə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, məlumatda qız uşağının 281 nömrəli tam orta məktəbin giriş qapısında dəmiryığanlar tərəfindən qaçırıldığı iddia olunub. 

Hadisə ilə bağlı sözügedən məktəblə əlaqə saxladıq. Məktəbdən bildirilib ki, yayılmış informasiya tamamilə yanlışdır:

“Hansısa qeyri-ciddi sayt və sosial şəbəkə istifadəçisi belə əsassız məlumatlar yayıb, çaşqınlıq yaradır. Dünən nəinki bizim məktəbin qarşısında, ümumiyyətlə, Hövsanda belə bir hadisə baş verməyib. Yayılmış informasiya ilə bağlı aidiyyatı qurumlara məlumat vermişik”.

Günel Hacı