“Hyundai” 53 yaşlı qadını vurdu

hyundai-53-yasli-qadini-vurdu
Oxunma sayı: 661

Hadisə Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişdiyi ərazidə qeydə alınıb. Məlumata görə, “Hyundai” markalı minik avtomobili yolu keçmək istəyən 53 yaşlı paytaxt sakini Mixaylova Natella Qavriyevnanı vurub. Yaralı dərhal “Hyundai”nin sürücüsü tərəfindən xəstəxanaya çatdırılıb.

Sonradan 1 saylı xəstəxanaya yerləşdirilən Natella Mixaylovaya həkimlər qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu təyin ediblər. Hazırda yaralının müalicəsi həkim nəzarəti altında davam etdirilir.

Baş vermiş yol qəzasının dəqiq səbəblərini Nərimanov rayon polis idarəsinin əməkdaşları araşdırırlar. Qeyd edək ki, hadisə yeri müayinə edilib və sürücüsünün ifadəsi də alınıb. İşi araşdıran Nərimanov rayon polis idarəsinin baş müstəntiqi Mübariz Süleymanovun verdiyi məlumata görə, artıq sürücü məsuliyyətə cəlb edilib və onun barəsində müvafiq qaydada ölçü götürüləcək.

Avtomobilin sürətlə idarə edilib-edilmədiyi isə aparılan araşdırmaların yekununda və müvafiq ekspertizaların cavabından sonra bəlli olacaq.