“Hyundai” üç piyadanı vurdu, biri öldü

hyundai-uc-piyadani-vurdu-biri-oldu
Oxunma sayı: 1379

Qusar şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, yanvarın 21-də saat 19 radələrində Qusar şəhəri ərazisində İmamqulukənd kənd sakinləri - Elşad Aslanxanovun və Azad Şıxqayıbovun idarə etdikləri “Hyundai” və “VAZ-21154” markalı avtomobillər toqquşub. Sonradan E.Aslanxanov idarəetməni itirdiyindən yaxınlıqda olan şəhər sakinləri Samir Salmanovu, İdris Seyfullayevi və Kamran Sədiyevi vurub. Nəticədə S.Salmanov hadisə yerində ölmüş, digər 2 piyada xəstəxanaya yerləşdiriliblər.

Qusar RPŞ tərəfindən araşdırma aparılır