İçində 40 min manat olan torbanı götürüb qaçdı

icinde-40-min-manat-olan-torbani-goturub-qacdi
Oxunma sayı: 1579

Şəmkir rayonunda soyğunçuluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə fevralın 25-də Şəmkir rayonunun 20 Yanvar küçəsində olub. Rayon sakini Sarif Əliyev həmyerlisi Yalçın Sadıqova məxsus “Mercedes” markalı avtomobildən açıq talama yolu ilə içərisində 15000 manat və 15800 ABŞ dolları, habelə 1 ədəd mobil telefon olan torbanı götürüb qaçarkən həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub. Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Murad Əhməd