İcra başçısı kənddə görüş keçirdi

icra-bascisi-kendde-gorus-kecirdi
Oxunma sayı: 1889

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov vətəndaşlarla növbəti səyyar qəbul-görüşünü rayonun Rvo kəndində keçirib.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilatların, xidmət sahələrinin rəhbərlərinin və yerli sakinlərin iştirak etdikləri tədbirdə T.Qaraşov kənd əhalisini Novruz bayramı münasibətilə təbrik edib. O, çıxışında Lənkəran rayonunda əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən layihələrdən danışıb. İcra başçısı prezidentin sərəncamları ilə Azərbaycanda çayçılığın, çəltikçiliyin və sitrus meyvəçiliyinin inkişafına dair dövlət proqramlarının qəbul edildiyini qeyd edərək bu üç sənədin Rvo ərazi vahidliyi sakinlərinin də həyatında mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayıb. 

Tədbirdə çıxış edən yerli sakinlər ötən ilin oktyabr ayında sel sularının yuduğu Lənkərançay üzərindəki körpünün yenidən tikilərək istifadəyə verildiyi bununla Əşlə, Mollakənd, Siyobili və Rvo kənd sakinlərinin Lənkəran-Lerik avtomobil yoluna çıxışının təmin edildiyi üçün ölkə rəhbərliyinə təşəkkür ediblər. 

T.Qaraşov Rvo inzibati ərazi dairəsinin sosial-iqtisadi problemlərinin həlli üçün nəzərdə tutulan tədbirləri qeyd etməklə bərabər bu sahədə həllini gözləyən məsələlərin həyata keçirilməsi üçün əlaqədar təşkilatların rəhbərlərinə konkret tapşırıq və tövsiyələrini verib.