İcra başçısı Ruslanın toyuna görə restorana təzyiq edib? - Açıqlama

icra-bascisi-ruslanin-toyuna-gore-restorana-tezyiq-edib
Oxunma sayı: 8438

AXCP Saatlı şöbəsinin sədri Şamil Hacıbəylinin qızının toy məclisinin rayondakı şadlıq saraylarından birində keçirilməsinə icra başçısının təzyiq etməsi ilə bağlı sosial şəbəkədə məlumat yayılıb.

Bəyin atasının bununla bağlı Saatlı rayon İcra Hakimiyyətinə də çağırıldığı qeyd edilib. İddia edilir ki, görüşdə ondan nikahın pozulması tələb edilib.

“Qafqazinfo” məsələ ilə bağlı İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Bildirilib ki, sosial şəbəkədə yayılanlar şər-böhtandır: “ İcra başçısının rayondakı şadlıq evlərində toyun keçirilməməsinə dair hər hansı tapşırığı olmayıb. Bəyin atası da icra hakimiyyətinə çağırılmayıb. Aprelin 19-da toy ailələrinin öz istəyi ilə həyətdə baş tutub. Qarşı tərəfin də bundan narazılığı yoxdur”.

Qeyd edək ki, Ş. Hacıbəylinin qızı AXCP GK Ali Məclisinin sədri Ruslan Nəsirli ilə ailə həyatı qurub.

***

Saatlıdan seçilmiş deputat Əflatun Amaşov da “Qafqazinfo” ilə  əlaqə saxlayaraq bildirib ki, yayılmış məlumatla sosial şəbəkədən tanış olub: “Bundan sonra dərhal icra hakimiyyəti ilə əlaqə saxladım. Onlar belə bir halın olmadığını qeyd etdilər. Həmçinin qarşı tərəf də belə bir məsələnin olmadığını bildirdi”.

Günel Türksoy