İcra başçısı vəhhabilərlə görüşdü- - Təfərrüat

icra-bascisi-vehhabilerle-gorusdu-
Oxunma sayı: 4249


Xaçmaz sələfiləri rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevlə görüşüblər. “Qafqazinfo” xəbər verir ki, Publika.Az-ın əldə etdiyi məlumata görə, görüşdə rayon sələfilərin lideri Məhəmməd Cabbarov və onu müşaiyyət edən sələfi fəallarından biri şəxs təmsil edib. Əsas danışıqlar sələfilərin ibadət etdiyi Xaçmaz şəhər məscidinin bağlanması ətrafında aparılıb.

İcra hakimiyyətinin başçısı onlara məscidin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsinin birgə razılığı əsasında bağlandığını deyib. Məscid iki aydan sonra istifadəyə veriləcək. Ona qədərsə sələfilər Qobuqıraqlı məscidində ibadət edə bilərlər. Lakin həmin məscidin yararsız olduğu deyilir. Sələfilərsə həmin məscidin özləri tərəfindən təmir edilməsi üçün icazə istəyiblər. Amma məsələ hələ açıq qalır.

Mənbə deyib ki, sələfilərin əsas narahatlığı iki aylıq təmirdən sonra onların Xaçmaz şəhər məscidinə qayıtmağa icazə verilməsidir. 

Qeyd edək ki, DQİDK sədrinin martın 15-də bölgəyə səfəri gözlənilir.