İcra başçısını zorlamada ittiham edən qadına 4.6 il iş verildi

icra-bascisini-zorlamada-ittiham-eden-qadina-46-il-is-verildi
Oxunma sayı: 668

Bu barədə məlumatı AzNews.az-a Ş.Səfərəliyevanın yaxınları verib. Hakim İlahə Abbasovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında Şəfəq Səfərəliyevanın 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarılıb. Ş.Səfərəliyeva məhkəmə zalından həbsxanaya aparılıb.

Məlumat üçün bildirək ki, Ş.Səfərəliyeva icra başçısının ona təcavüz etdiyinə dair mətbuatda çıxış etmişdi. Bundan sonra icra başçısı Yasamal rayon məhkəməsinə müraciət edərək Ş.Səfərəliyevanın ona böhtan atdığını bildirib. Ş.Səfərəliyeva məhkəmədə bütün faktları təqdim etsə də, qərar onun əleyhinə olub.

Qeyd edək ki, Ş. Səfərəliyeva icra başçısını zorlamada ittiham etdiyi üçün məhkəməyə verilmişdi.