“Qafqazinfo”nun məlumatına görə, ilk əvvəl tədbir iştirakçıları ulu öndərin xatirəsini 1 dəqiqəlik sükutla yad edib, daha sonra Heydər Əliyevə həsr olunmuş film nümayiş etdirilib.
Anım mərasimində Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov H. Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə çıxış edib. Qeyd edib ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır: “Onun adı Azərbaycan xalqının simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilib, həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət və sədaqət meyarı olub. Azərbaycanın və Heydər Əliyevin adı əsrlər boyu qoşa səslənəcək”.
Sonra xalq artistləri Laləzar Mustafayeva və İlham Əsgərov Heydər Əliyevə həsr olunmuş və onun həyatının müxtəlif tarixi anlarını əks etdirən bədii kompozisiya nümayiş etdiriblər. Xanəndələr, xalq artistləri Mənsum İbrahimov, Alim Qasımov, əməkdar artistlər Təyyar Bayramov və Fərqanə Qasımova isə ifaları ilə tədbiri davam etdiriblər.
Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclis üzvləri Eldar İbrahimov, Ziyad Səmədzadə, Fəttah Heydərov, Siyavuş Novruzov, Fuad Muradov, Aydın Mirzəzadə, Elton Məmmədov, Jalə Əliyeva, C. Naxçıvanski ad. Hərbi Liseyin rəisi, genelar-mayor Mirzə Almasov, Yazıçılar Birliyinin sədri Anar Rzayev, Auditorlar Palatasının sədri Vahid Novruzov və başqaları iştirak ediblər.
Nigar Məmmədli
Son xəbərlər
Son Xəbərlər