Amerikalı aktyor 46 yaşında öldü

amerikali-aktyor-46-yasinda-oldu
Oxunma sayı: 540

Amerikalı aktyor Ceyms Renson intihar edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “The New York Post” yayıb.

Məlumata görə, məhkəmə-tibbi ekspertizasına dair sənədlərdə aktyorun ölüm tarixi kimi 19 dekabr göstərilib.

Son illərdə verdiyi müsahibələrdə o, psixi sağlamlıq problemlərinin olduğunu etiraf etmişdi. Rensonun iki övladı var.

46 yaşlı aktyor “O” (“It”), “Sinister”, “Qara telefon” (“Black Phone”) filmlərində, həmçinin “Qatillər nəsli” (“Generation Kill”) və “Bosx” seriallarında çəkilib. O, sonuncu dəfə 2025-ci ilin iyun ayında “Pokerface” serialında rol almışdı.