İctimai Palata dəyişir

ictimai-palata-deyisir
Oxunma sayı: 718

“Qafqazinfo”nun musavat.com-a istinadən veridyi məlumata görə, növbəti sessiyada qəbul edilməsi gözlənilən yeni əsasnamədə İctimai Palatanın 12 komissiyasının, 2 komitəsinin (Təşkilatlanma və İnsan hüquqları komitələri), həmçinin Qadınlar Şurası və Gənclər Təşkilatının olması nəzərdə tutulub. Əsasnaməyə görə, İctimai Palatada üç orqan, Koordinasiya Şurası, Qadınlar Şurası və Gənclər Təşkilatının Koordinasiya Şurası seçki yolu formalaşdırılacaq. Dekabr ayında hazırkı Koordinasiya Şurasının fəaliyyəti başa çatacaq və 15 nəfərdən ibarət yeni Koordinsiya Şurası seçiləcək.
Koordinasiya Şurasının köhnə tərkibinə gəlincə isə Vidadi Mirkamal bildirib ki, hazırkı tərkibin əksəriyyəti layiqli, işləyən insanlardır: “Kimlərin Koordinasiya Şurasının üzvü olmasını İctimai Palatanın sessiyasında seçki müəyyənləşdirəcək. Hətta ola bilər ki, 30-40 nəfərin namizədliyi irəli sürülsün. Ən çox səs toplayan 15 nəfər kim olacaqsa, həmin şəxslər də Koordinasiya Şurasının yeni üzvləri olacaqlar. Heç kəs indidən deyə bilməz ki, hazırkı tərkibdən kimlər yeni Koordinasiya Şurasına seçilə biləcəklər. Bəlkə də hazırkı tərkibdən kimlərsə yenidən namizəd olmayacaqlar”.
Qeyd edək ki, İctimai Palatanın hazırkı Koordinasiya Şurasında Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, AMİP sədri Yusif Bağırzadə, KXCP sədrinin müavini Ədalət Yusibov, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı, QHT rəhbəri Mehriban Vəzir, ədliyyə generalı Vidadi Mirkamal, politoloq Zəfər Quliyev, BAB İdarə Heyətinin sədri Aqil Səmədbəyli və Köşəri Nağıbəyli təmsil olunur. Koordinasiya Şurası 2010-cu il dekabrın 28-də İctimai Palatanın təsis sessiyasında seçilib.

Fatimə