İctimai Palatadan müstəqillik bəyanatı

ictimai-palatadan-musteqillik-beyanati
Oxunma sayı: 642

“Çox təəssüf ki, 20 illikdə də hakimiyyət müstəqilliyə ədalətli və obyektiv qiymət verməkdən uzaq durdu; müsətqilliyin əldə edilməsində inkarolunmaz tol oynayan milli azadlıq hərakatının iştirakçılarının əməyinə qiymət verimək yerinə süni, həqiqətə uyğun olmayan, tarixi Heydər və İlham Əliyevlərin xeyrinə saxtalaşdırmağa xidmət edən tədbirlərə meydan açıldı”.

Bəyanatda vurğulanır ki, müstəqillik günündə müstəqilliyin bərpasında rolu olan Arif Hacılı həbsdə saxlanıldı: “Hətta Apelyasiya məhkəməsi məhz həmin gün Azərbaycan dövlətinin müstəqilliyi, azadlığı üçün hər cür məhrumiyyətlərə hazır insanların- 2 aprel məhbuslarının əleyhinə ədalətsiz qərar verdi. Bayram gününü siyasi məhbus ailələrinin təşəbbüsü ilə vətəndaşlarımız aclıq aksiyası ilə keçirdi”.

İctimai Palata bəyanatında onu da qeyd edir ki, hakimiyyət müstəqilliyə və bunu yazandıran insanlara ögey münasibət göstərir: “Bu, bir daha cəmiyyətə o mesajı verir ki, yeni dövrün əsas vəzifəsi demokratik, azad xalq hakimiyyətinin qurulmasıdır”.

Fatimə Kərimli