İdmançılarımız 10 medalla qayıdırlar

idmancilarimiz-10-medalla-qayidirlar
Oxunma sayı: 639

“Qafqazinfo” xəbər verir ki, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Rasim Ağayevin rəhbərliyi altında turnirdə 11 idmançı mübarizə aparıb. 16 ölkədən 170 güləşçinin mübarizə apardığı turnirdə pəhləvanlarımız 4 qızıl, 4 gümüş və 2 bürünc medal əldə ediblər. Qızıl medalları yığmamıza Mikayıl Rəhmanov (46 kq), Elnur Həsənov (50 kq), Kərim Cəfərov (54 kq) və Ruhin Mikayılov (63 kq), gümüş medalları isə Sənan Süleymanov (42 kq), Cavid Ələkbərzadə (58 kq), Şəmistan Quluzadə (69 kq) və Elməddin Ramazanov (76 kq) qazandırıb. Elgün Hüseynov (42 kq) və Sadiq Bağırov (69 kq) bürünc medalla, Hikmət Ağayev (50 kq) isə beşinci yerlə kifayətlənib.

Komanda hesabında turniri Macarıstan birinci, Azərbaycan ikinci, Ukrayna isə üçüncü sırada tamamlayıb.

Turnirdə uğurla çıxış edən komandamızın üzvləri aprel ayının 2-nə qədər Macarıstan yığma komandası ilə birgə təlim-məşq toplanışına qatılacaq.