III və I qrupun qabiliyyət imtahanları başa çatdı

iii-ve-i-qrupun-qabiliyyet-imtahanlari-basa-catdi
Oxunma sayı: 642

Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında bildirib.

Abbaszadə deyib ki, III ixtisas qrupu üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslara qabiliyyət imtahanlarında iştirak etmək üçün komissiya tərəfindən keçirilmiş seçmə turdan 3225 abituriyent müvəffəqiyyətlə keçərək qeydiyyata alınıb. Onlardan 1417 nəfəri test imtahanında müvafiq müsabiqə şərtini ödəyərək qabiliyyət imtahanına qatılıb.

Abbaszadənin sözlərinə görə, qabiliyyət imtahanından 998 nəfər müvəffəq qiymət alaraq ixtisas seçiminə buraxılıb.
I ixtisas qrupu üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslara qabiliyyət imtahanlarında iştirak üçün 1089 abituriyent komissiya tərəfindən keçirilən seçmə turda qeydiyyatdan keçib.

Onlardan 635 nəfəri test imtahanında müvafiq müsabiqə şərtini ödəyərək qabiliyyət imtahanına qatılıb. 446 nəfər qabiliyyət imtahanını uğurla verərək ixtisas seçiminə buraxılıb.

Bütün qruplar üzrə ixtisas seçimi avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq.