İki maşın toqquşdu - Göygöldə

iki-masin-toqqusdu
Oxunma sayı: 676

Göygöl rayonunda iki avtomobil toqquşub. Hərəkətdə olan "VAZ 2103" markalı avtomobillə "Mersedes" markalı avtomobil toqquşub. 

"Qafqazinfo" ARB Kəpəz-ə istinadən xəbər verir ki, qəza zamanı VAZ-da olan Göygöl rayon Topalhəsənlli kənd sakini 68 yaşlı Behbud Məhərrəmov və 50 yaşlı Şüküfə adlı qadın müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Yaralılara  tibbi yardım göstərilib, vəziyyətləri orta ağırdı. Faktla bağlı araşdırma aparılır