İki mindən çox ağac əkildi

iki-minden-cox-agac-ekildi
Oxunma sayı: 711

Ölkə başçısının yeni yaşıllıqların salınmasıyla bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq ağac əkilməsinin təşviqi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə başlanan ağacəkmə aksiyaları davam edir.

“Qafqazinfo” xəbər verir ki, Bakı şəhərində yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş və təhlükə yaradan ağacların yerinə yenisinin əkilməsi məqsədilə rayon icra hakimiyyətləri ilə birgə Akim Abbasov, Səməd Vurğun, Xəlil bəy Xasməmmədov, Rəşid Behbudov, Əhməd Cavad və Murtuza Muxtarov küçələrində ümumilikdə 22 qurumuş və təhlükə yaradan ağacın yerinə 300 ədəd müxtəlif cinsli ağac əkilib.

Qeyd edək ki, 21 noyabr 2018-ci il tarixindən başlanan və bugünədək davam edən aksiyalar zamanı Bakı şəhəri üzrə ümumilikdə 143 qurumuş və təhlükə yaradan ağac 2000-dən çox müxtəlif cinsli ağacla əvəzlənib.

Nazirlik aksiyalarda fəal iştirak edən ictimaiyyət nümayəndələrinə, rayon icra hakimiyyətlərinin əməkdaşlarına, ölkənin nüfuzlu və tanınmış şəxslərinə təşəkkürünü bildirir.