İki nəfəri bıçaqlayana 3 il cəza

iki-neferi-bicaqlayana-3-il-ceza
Oxunma sayı: 680

Bakı Ağır Cinayətlər Məhkəməsində kafedə 2 nəfəri bıçaqlamaqda təqsirləndirilən Rais Mirzəyevə hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə R.Mirzəyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Hadisə 2017-ci il yunun 28-də Abşeron rayonunun Masazır qəsəbəsindəki kafelərdən birində baş verib.

R.Mirzəyev Cəlilabad rayon sakini Vasif Sadıqovu və Yardımlı rayon sakini Əfqan Zeynallını bıçaqlaylb.

Murad Əhməd