İki nəfəri maşınla vuran futbolçumuz zaminə buraxıldı

iki-neferi-masinla-vuran-futbolcumuz-zamine-buraxildi
Oxunma sayı: 634

“Ağ-qaralar”ın şərəfini qoruyan Araz Abdullayev dünən komandanın bazasına məşqə gələrkən Nobel prospektində Xətai rayon MKİS-in 2 işçisini idarə etdiyi maşınla vurub. Süpürgəçi işləyən 2 xanımdan biri dünyasını dəyişsə də, digəri xəstəxanada yatır.

Sadıq Sadıqovun sözlərinə görə, hazırda Araz Abdullayev sərbəst buraxılıb: “Araz polis bölməsində dindirildikdən sonra sərbəst buraxılıb. Heç yana qaçası deyil. Mənim zaminliyimlə sərbəst buraxılıb. Hazırda istintaq gedir. İstintaqın gedişi sirr saxlanılır. Bu üzdən prosesin necə getdiyindən xəbərsizəm”.