İki yeniyetmə 25 yaşlı azərbaycanlıya hücum etdi

iki-yeniyetme-25-yasli-azerbaycanliya-hucum-etdi
Oxunma sayı: 1284

Tatarıstanda 25 yaşlı azərbaycanlıya hücum edilib.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, insident “Набережные Челны” adlanan ərazidə gəncin evində baş verib.

Belə ki, 15 və 16 yaşlarında olan maskalı yeniyetmələr 25 yaşlı Azərbaycan vətəndaşına hücum edərək, ağac parçası ilə döyüblər. Mənzildə olan gəncin dayısı maskalı şəxsləri tutub və onları tərki-silah edərək polisə təhvil verib.

Bildirilir ki, yeniyetmələr bazarda azərbaycanlı ilə birgə işləyiblər. Onlara qarşı soyğunçuluq maddəsi ilə cinayət işi açılıb.