İkimərtəbəli yandı

ikimertebeli-yandi
Oxunma sayı: 656

Yevlaxda yanğın qeydə alınıb.

“Qafqazinfo”nun FHN-nin saytına istinadən xəbərinə görə, Yevlax rayonu, Cırdaxan kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan ikimərtəbəli 5 otaqlı evin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 56 m2 sahədə və məişət əşyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 10:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.