İlahə İbadova “Sarı gəlin”i orkestrlə oxuyacaq

ilahe-ibadova-sari-gelini-orkestrle-oxuyacaq
Oxunma sayı: 675

Bu, bir çox sənətçilərin ifasında təkrarlansa da, İlahənin təqdimatında yenilənəcək "Sarı gəlin" xalq mahnısıdır. Müğənni Milli.Az xəbər portalına bildirib ki, mahnı klassikliyini qoruyacaq. Sadəcə, o, kiçik musiqi ansamblının müşayiəti ilə deyil, böyük orkestr heyəti ilə səslənəcək.

"Bunu həm musiqi bazarında, həm də dünya səhnəsi üçün bir yenilik adlandırmaq olar. Çünki bir sənətçi olaraq səfərlərə çıxıram və orada mahnının təbliğini vacib bilirəm. Orkestrlə ifam daha möhtəşəm olacaq" deyən sənətçi layihənin davamını düşünür.

O bildirdi ki, kompozisiya hazır olandan dərhal sonra ona klip çəkiləcək. Xanəndə bu istiqamətdə planlarının dəqiqləşmədiyini bildirsə də, ekran işinin möhtəşəm olacağını diqqətə çatdırdı.