İlham Əliyev Polşa prezidentini təbrik etdi

ilham-eliyev-polsa-prezidentini-tebrik-etdi
Oxunma sayı: 815

Prezident İlham Əliyev Polşa prezidenti Andjey Dudaya təbrik məktubu göndərib.

“Qafqazinfo” xəbər verir ki, Əliyev Polşanın milli bayramı - Konstitusiya Günü münasibətilə Duda və Polşa xalqını təbrik edib.

Məktubda aşağıdakılar qeyd edilib:

“Azərbaycan ilə Polşa arasındakı əlaqələr zəngin ənənələrə malikdir. Keçən il ölkənizə səfərim zamanı strateji tərəfdaşlığa dair imzaladığımız Birgə Bəyannamə ikitərəfli münasibətlərimizin tarixində yeni səhifə açıb.

İnanıram ki, dövlətlərarası münasibətlərimizin daim möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran bir sıra mühüm sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.