İlham Əliyev yolun açılışını etdi

ilham-eliyev-yolun-acilisini-etdi
Oxunma sayı: 1478


Şabran-Pirəbədil-Zeyvə yolunun əsaslı təmiri üçün Prezidentin Ehtiyat Fondundan 7,5 milyon manat vəsait ayrılıb. Layihənin ümumi smeta dəyəri 9,3 milyon manatdır. Uzunluğu 36 kilometr, eni isə 8-10 metr avtomobil yolunun əsaslı təmirinə 2012-ci ilin iyulunda başlanılıb, 2013-cü ilin iyununda başa çatdırılıb.

Azərbaycanda yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və yolayrıcılarının tikilməsi, magistral yolların salınması sosial yönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Şabran-Pirəbədil-Zeyvə yolu 4 min sakinin yaşadığı 11 məntəqəni, o cümlədən Taxtalar, Qələgah, Dağbilici, Zöhramlı, Pirəbədil, Sumaqova, Qorğan, Kilvar, Zeyvə, Mumlu və Sumaqova-Qazma kəndlərini əhatə edir. Yol boyunca 25 su keçidi inşa olunub. Burada 14 metr uzunluğunda körpü də salınıb.

Yeni yolla tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.