İlham Əliyevdən yol sərəncamı

ilham-eliyevden-yol-serencami
Oxunma sayı: 3413


Azərbaycan prezidenti İlham Əliyev Biləsuvar rayonunun Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, sərəncamda qeyd olunur ki, 13 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün dövlət büdcəsindən Biləsuvar Rayon İcra Hakimiyyətinə 2,8 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.