İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

ilham-eliyeve-tebrik-mektublari-gelmekde-davam-edir
Oxunma sayı: 1333

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycan dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib.
 
“Qafqazinfo”n məlumatına görə, məktubda deyilir:
 
“Möhtərəm cənab Prezident. Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi, eləcə də bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm. Əmin olduğumu bildirirəm ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında müxtəlif sahələrdə inkişaf etməkdə olan əlaqələr, hər iki ölkənin ali rəhbərliyinin siyasi iradəsi və səyləri sayəsində xalqlarımızın ortaq dəyərlərinə əsaslanaraq, daha da möhkəmlənəcək və genişlənəcək. Bu əlamətdar gündə Allah Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının xalqına isə rifah və səadət arzulayıram”.

Eləcə də Livan prezidenti Mişel Aun, Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç, Qabon prezidenti Əli Bonqo Ondimba, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin, Slovakiya lideri Andrey Kiska, Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adxanom Qebreyesus, Norveç kralı V Harald, Hindistan dövlət başçısı Ram Nat Kovind də prezident İlham Əliyevi 28 May-Respublika Günü münasibətilə təbrik ediblər.