“İlham Əliyevin Brüssel səfərində mühüm qərarların veriləcəyi gözlənilir”

ilham-eliyevin-brussel-seferinde-muhum-qerarlarin-verileceyi-gozlenilir
Oxunma sayı: 2190



“Qafqazinfo” Milli Məclisin deputatı, AVRONEST-in Enerji Təhlükəsizilyi Komitəsinin sədri Fuad Muradovun müsahibəsini təqdim edir: 



- İyunun 21-də prezident İlham Əliyevin Brüsselə rəsmi səfəri planlaşdırılır. Avropa Komisisyasının prezidenti Joze Manuel Barrozanın dəvəti ilə gerçəkləşən bu səfərdə mühüm enerji layihələrinin müzakirə ediləcəyi açıqlanıb. AVRONEST-in Enerji Təhlükəsizliyi Komitəsinin sədri kimi prezidentin səfərindən nə gözləyirsiniz?

- Bu artıq cənab prezidentlə Barroza arasında keçirilən ikinci yüksək səviyyədə görüşü olacaq. 2011-ci ci ildə keçirilmiş görüş zamanı Cənub qaz dəhlizi ilə bağlı Birgə bəyannamə imzalanıb. Bu Azərbaycanla Avropa Komissiyası arasında çox mühüm sənəd idi. Orada təkcə enerji sahəsində deyil, ümumiyyətlə Azərbaycanla Avropa Birliyi arasında sosial -mədəni və digər istiqmətlər üzrə əməkdaşlıqdan bəhs edirdi. Brüsseldə baş tutacaq görüş Avropa üçün enerji təminatına rəvac verəcək qərarların verilməsi ilə yadda qala bilər.

- Avropa liderləri Azərbaycan öz ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində rolunun mühüm olduğunu vurğulayırlar. Hazırda bununla bağlı əsas layihələr olan TAP və “Nabukko Vest”dən birinin seçilməsi əsas diqqət mövzusudur. Brüssel Bakının bu statusunu necə görür və hansı perspektivlər vəd edir?

- Bu Cənub qaz dəhlizinin inkişaf planlaşdırılmasına aid uzunmüddətli layihələrdir. Artıq uzun müddətdir ki, Azərbaycanın malik olduğu enerji ehtiyatlarının Avropanın təhlükəsizliyi istiqamətində istifadəsi haqqında müzakirələr gedir. Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas iştriakçı kimi fəaliyyət göstərir. Mən bu səfər zamanı Azərbaycanla Avropa Birliyi arasında strateji əməkdaşlıq istiqmətindəki uğurlu nəticəni gözləyirəm. Bu əməkdaşlıq artıq ona gətirib çıxarıb ki, Azərbaycan Avropa Birliyi ilə ən yüksək səviyyədə strateji əməkdaşlıq formatında öz fəaliyyətini davam etdirəcək. Təbii ki, hər iki layihə -TAP və “Nabukko Vest” istiqaməti vacib istiqamətlərdən biridir. Rəsmi Bakı hər zaman bəyan edib ki, Azərbaycan bu istiqamət üzrə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına hər zaman hazırdır. Əslində son 10-15 ildə Azərbaycan bu rolu mükəmməl şəkildə həyata keçirir.

Nəzərə almaq lazımdır ki, Avropa üçün Azərbaycan nefti təkcə yaxın əməkdaşlıq edən ölkənin enerjisi deyil. Bu təklif olunan layihələr eyni zamanda ilk fərqli istiqamətli qaz layihəsi kimi düşünlüb. Ona görə mən düşünrəm ki, istiqmətlərdən hər hansı birinin seçilməsindən asılı olmayaraq bu Aropa Birliyi üçün vacib istiqamət olacaq. Azərbyacan hər zaman bunun üçün öz imkanlarının istifadəsinə açıq olub. Sadəcə uzun müddətdir ki, Avropa Birliyini özündə vahid enerji siyasəti olmadığından bəzi layihələr gecikdirirlib və gerçəkləşməyib.

- Yəni bəzi ekspertlərin iddia etdiyi kimi bu Azərbaycanın qeyri-müyyən mövqeyindən deyil, Avropanın özünün birmənalı olmayan münasibətindən irəli gəlib?

- Azərbaycan enerji istehsal edən ölkədir. Ölkəmiz üçün ən yaxşı ən sərfəli şərtələri təqdim edən ölkə, o cümlədən bu çəçivəyə daxil olan Avropa Birliyi ilə işləməyə hazır olan ölkədir. Dünya praktikasında sərfəli olmayan şərtlərlə enerji layihələri həyata keçirilmir. Azərbaycan hətta bir addım irəli gedərək bəzi hallarda bir sıra güzəştləri də tətbiq edə bilər. Bu güzəştlər nədən ibarət ola bilr? Biz uzun müddət gözləyə bilərik ki, Avropa Birliyində vahid enerji siyasəti formalaşsın, bəzi texniki məsələlərə görə, o cümlədən iqtisadi böhran səbəbindən Avropa ölkələrinin qərar qəbul etməyə hazır olmamalarını gözləyə bilərik. Bunların hamısı güzəştdir. Azərbaycan bunu edir. Bizim üçün enerji istehlak edən ölkəyə çıxacaq yeni yolların tapılması çox vacibdir. Prezident İlham Əliyevin apardığı enerji siyasəti artıq ona gətirib çıxarıb ki, bu gün Azərbaycan təkcə Avropa Birliyinin deyil, bir çox böyük ölkələrin əsas tərəfdaşına çevrilib. Bu təkcə enerji sahələri ilə bağlı deyil. O baxımdan hər hansı istiqmətin seçilməsi heç kimi narahat etməməlidir. Çünki biz Avropa Birliyinə vahid platforma kimi baxırıq. Bizim üçün Avropa Birliyi ölkələrinə enerji nəql etmək elə AB-nin enerji təhlükəsizliyinin təmin olunması deməkdir.

- Belə mühüm bir ərəfədə Avropa Parlamentinin Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti tənqid edən qətnaməsinin qəbul olunması nə ilə bağlıdır? Siz bir müddət əvvəl açıqlamanızda Avropa Birliyi strukturlarında enerji ilə bağlı aparılan incə oyunda öz maraqlarını güdən qrupların müəyyən təzyiq vasitələrindən istifadəyə cəhd etməsindən danışmışdınız. Belə fərqli münasibəti necə izah edərdiniz?

- Avropa Parlamenti və üzv ölkələrin prezident İlham Əliyevin Brüsselə rəsmi səfərinin olacağından əvvəlcədən xəbərləri var. Onlar bilirlər ki, bu səfərdə Avropa ölkələri üçün çox mühüm əhəmiyyət daşıyacaq qərarların veriləcəyi gözlənilir. İndi isə xronologiyaya nəzər salın: Əvvəlcə Avropa Parlamenti bu ərəfədə yersiz bir qətnamə qəbul edir və deyir ki, insan haqları enerji siyasətinə qurban verilməsin. İlk baxışda adama elə gələ bilər ki, bu qəribə sənəd özlüyündə guya Azərbaycan qarşısında hansısa əlahiddə şərtlər qoyur. Əslində isə Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığını ehtiva edən razılaşmalara baxmaq kifayət edir ki, bu qətnamədə

əks olunan məsələlərin bilərəkdən, qərəzli olaraq qabardıldığına əmin olasan. Halbuki rəsmi Bakı əvvəlcədən bəyan edib ki, Avropa Birliyinin tərəfdaş ölkələri ilə həyata keçirdiyi siyasət çoxşaxəlidir. Bura həm insan hüquqları, həm demokratiya və digər məsələləri daxildir. Elə prezident İlham Əliyevin İnsan Hüquqları ilə bağlı Milli Fəaliyyət Proqramını imzalaması Avropa Birliyi ilə əməkdaşlığa töhfənin əsas nümunəsidir. Prezident bu sənədi birincilərdən olaraq imzalamaqla ölkəmiz hətta bəzi Şəqri Avropa ölkələrində belə olmayan həmin Fəaliyyət Proqramının həyata keçirilməsində ilklərdən oldu. İndi, Avropanın enerji təhlükəsizliyi üçün həssas olan məqamda mövqeləri açıq anti-Azərbaycan olan “Human Rays Votç”, “Freedom Haus” və digər təşkilatların müxtəlif ölkələrə “qoymayın, Azərbaycan Avropada enerji layihələri həyata keçirir” tipli müraciətləri yayılmağa başlayıb. Onlar hətta Avropa Birliyinin siyasətçilərinə də müraciət ediblər. Bu xronologiya onu göstərir ki, bu qüvvələrin məhz belə mərhələdə fəallaşması sırf merkantil maraqların nümayişidir və Avropada yaşayan insanların maraqlarına tam ziddidr.

- Bəs bu nə ilə bağlıdır?

- Bu böyük oyundur. Bizə məlumdur ki, Avropada Azərbaycanın müstəqil olaraq Avropa Birliyi ilə əməkdaşlığına mane olan bir çox qruplar mövcuddur. O qruplar müxtəlifdir. Siz diqqət edin: Qəribədir ki, Avropa Parlamenti Türkiyə ilə də bağlı növbədənkənar qətnaməni qəbul edib. Düzdür Turkiyədə baş verən hadisələrin səbəbləri muxtəlif ola bilər. Amma Türkiyə Azərbaycanın əsas strateji partnyordur və eyni zamanda Avropanın enerji təhlükəsiziyini təmin edəcək xəritəsində xüsusi rol oynayan tranzit ölkədir. Aydın olur ki, bu məsələlərdə siyasi qurama cəhdi var.

Təsəvvür edin Avropa Parlamentinin 750 deputatı var, Azərbaycanla bağlı qətnamənin qəbulunda 32 deputat iştirak edib. Bu o deməkdir ki, bu əvvəlcədən danışlmış bir ssenari üzrə aparılan prosesdir. Sadəcə olaraq onlar vaxtı elə seçiblər ki, bu prezidentin səfəri ərəfəsinə təsadüf etsin. Bu qrupların müəyyən planları var. Onların əsas məqsədi odur ki, Azərbaycanın müstəqil siyasətinə təsir imkanları olsun. Odur ki, çalışırlar ki, İlham Əliyevin Brüsselə səfəri ərəfəsində belə ab-hava yaratsınlar.

- Bəs Avropa Birliyinin rəsmilərində, siyasi bomondunda Azərbaycanın apardığı siyasi kursla bağlı ümumi fikir necədir?

- Sizə bir şeyi açıq deyim. Biz dəfələrələ Brüsseldə oluruq. AVRONEST-in Enerji Komitəsinin sədri kimi mən sizə birmənalı olaraq deyim ki, siyasəti bilən, normal düşünən, öz ölkəsinin maraqlarını yüksək tutan avropalı siyasətçilər birmənalı olaraq Azərbycanın tərəfindədirlər. Onlar iclaslarda öz mövqeylərini ortaya qoyurlar. Həm Avropa Komissiyası, həm Avropa Birliyinin prezidenti, xarici siyasətlə məşğul olan Avropa Parlamentinin deputatları açıq bilirlər ki, bu təhdidlər, qarayaxmalar hardan gəlir.

Bu gün Azərbyacanın uğurları təkcə enerji sahəsində deyil. Son 10 ildə Azərbaycanın iqtisadi-sosial sahədə qazandığı uğurlar, beynəlxalq maliyyə dairələrində etibarının yüksəlməsi bir çox ölkələri narahat edir. Azərbaycan balaca ölkədir. Təbii ki, bəzi böyük dövlətlərdə olan bir sıra qüvvələr özlərindən balaca ölkələrin uğurlarını həzm edə bilmirlər. Bir ölkə-xüsuslə əgər bu ölkə enerji ehtiyatları ilə zəngindirsə- bir az güclənən kimi, müstəqil siyasət yeridən kimi çalışırlar ki, ona öz şərtlərini diqtə etsinlər. Açıq danışsaq,bu gün belə siyasət yürüdülür. Biz qəbul edirik ki, ölkəmizdə bir sıra istiqmətlər üzrə çatşımamazlıqlar var. Bunu prezident də vurğulayıb. Korrupsiya, təhslidə olan problemlər və digər bu kimi məsələlərin həlli üçün ciddi işlər aparılır. Biz heç vaxt demirik ki, belə problemlər yoxdur. Sadəcə bu məsələlərin sivil yolla, qanun çərçivəsində həll olunmasına çalışırıq. Bu gün ölkədə hüquq-mühafizə, məhkəmə sistemində, vətəndaşların sosial vəziyyətini yaxşılaşdırmağa xidmət edən sosial yardım sahələrində islahatlar aparılır. Bu onu göstərir ki, İlham Əliyevn apardığı siyasət Azərbaycanı böyük və güclü ölkə səviyyəsinə çıxarır. Bu isə bir çox qrupları narahat edir. Azərbaycanda bəzi daxili qüvvələr məhz bu xarici qruplar tərəfindən idarə olunur. Bu artıq faktdır. Çalışırlar sabitlik pozulsun, hərcmərclik olsun. Belə olanda bu qruplar özlərini yaxşı hiss edirlər. Çünki qanuni surətdə mübarizə aparmaq çox çətindir. Bunun üçün ağıl, məharət və istək tələb olunur.