İlk güzəştli satış həyata keçirildi - Foto

ilk-guzestli-satis-heyata-kecirildi
Oxunma sayı: 1326

Aqrar Kredit və İnkişaf Agentliyi kənd təsərrüfatı texnikasının güzəştli şərtlərlə satışı üzrə yeni qaydaların tətbiqinə başlayıb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, agentliyin vəsaiti hesabına kənd təsərrüfatı texnikasının ilk güzəştli satışı həyata keçirilib.

Satış Azərbaycan Prezidentinin 19 dekabr 2018-ci il tarixli “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Fərmanı ilə təsdiqlənmiş yeni qaydalara uyğun aparılıb.

Gömrük dəyəri 172 min AZN olan texnikanı təchizatçıdan kənd təsərrüfatı müəssisəsi 68800 manata, yəni dəyərin 40%-i güzəşt olunmaqla əldə edib. Müəssisə satış məbləğinin 20%-i həcmində ilkin ödəniş edib. Alıcı satış məbləğinin qalan hissəsini təchizatçıya Agentliyin vəsaiti hesabına müvəkkil kredit təşkilatından götürdüyü güzəştli kreditlə ödəyib. Texnika alıcısı krediti 5 il müddətinə faizsiz olaraq geri qaytaracaq. Kreditin faizləri isə AKİA tərəfindən aybaay müvəkkil kredit təşkilatına ödənəcək.

Qeyd edək ki, yeni qaydalara uyğun olaraq, kənd təsərrüfatı texnikası və damazlıq heyvanların güzəştli şərtlərlə və güzəştli kredit vəsaitindən istifadə ilə istədiyi təchizatçıdan və istədiyi müvəkkil kredit təşkilatı vasitəsilə ala bilər.