İlkin Həsəni bu uşaq qidasından narazılıq etdi

ilkin-heseni-bu-usaq-qidasindan-naraziliq-etdi
Oxunma sayı: 10189

“Bu yaxınlarda Hökumət Evinin arxasında yerləşən “Mərkəzi Aptek”dən Almaniya istehsalı olan “Aptamil” uşaq qidası aldım. Bundan öncə də bu qidadan istifadə etdiyimiz üçün bu bağlamanı açanda xoşagəlməz qoxunu və bağlamadakı şişkinliyi hiss edib qidanı geri qaytarmaq istəsəm də, alınmadı”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri aparıcı-aktyor İlkin Həsəni sosial şəbəkədə yazıb. O, 2 aylıq qızı Alisaya “Aptamil” uşaq qidası aldığını, lakin yeməyin yararsız olduğunu qeyd edib:

 “Qutu bir neçə gün aptekdə qaldıqdan sonra “Biz firmaya göndərdik, onlar da dedi ki, hər şey qaydasındadır” cavabını aldım. Eyni qidanı Alman aptekindən aldım, qoxusunda yerlə göy qədər fərq var.

İndi siz mənə deyin, görüm, bu qidanı hansı laboratoriyada yoxlatdıra bilərəm? İnanın ki, bəlkə də, mənim özümə saxta və ya vaxtı keçmiş dərman satsaydılar, heç vaxt bu haqda yazmazdım, amma məsələ uşaqdırsa və onun qidasıdırsa, o zaman başqa məsələ!”