İmtahandan yaxşı bal toplamadığı üçün intihar etmək istədi

imtahandan-yaxsi-bal-toplamadigi-ucun-intihar-etmek-istedi
Oxunma sayı: 640

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın Qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər Natəvan qəsəbə sakini, 1997-ci il təvəllüdlü Natiq Əliyev ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Araşdırma zamanı məlum olub ki, N. Əliyev sınaq imtahanından yüksək bal toplaya bilmədiyi uçun sirkə turşusu içərək intihar etmək istəyib. Həkimləri səyi nəticəsində 16 yaşlı oğlanı həyata qaytarmaq mümkün olub. Onun səhhətinin normal olduğu bildirilir.