İndoneziyada 5 bal gücündə zəlzələ oldu

indoneziyada-5-bal-gucunde-zelzele-oldu
Oxunma sayı: 653

İndoneziya sahillərində 5 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. 

Zəlzələ ocağı yerin 5 kilometr dərinliyində qeydə alınıb. 

Hazırda dağıntı və xəsarət alanlarla bağlı məlumat daxil olmayıb.