İngilislər İsrail mallarını boykot edirlər

ingilisler-israil-mallarini-boykot-edirler
Oxunma sayı: 648

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, İngiltərənin “Co-Operative” marketlər şəbəkəsi işğal olunmuş Fələstin torpaqlarındakı fələstinlilərlə ticarət münasibətlərinin inkişaf etdirilməsi barədə qərar qəbul edib.
Şirkət rəhbərliyi sözügedən qərar çərçivəsində İsrail mallarını boykot etdiyini və sözügedən ölkədə istehsal edilən məhsulların marketlərdə satışından imtina etdiyini bildirib.

Xəbərlərdə “Co-Operative” firmasının qəbul etdiyi qərarın indiyədək hər hansı bir qərb şirkətinin İsrailin işğalçılıq siyasətinə qarşı ilk real boykot olduğu qeyd edilib. İngiltərənin beşinci böyük marketlər şəbəkəsinin yazılı açıqlamasında firmanın işğal altındakı Fələstin torpaqlarında istehsal edildiyi sübuta yetirilmiş məhsulların satışından imtina edildiyi vurğulanıb.