İnsanlar üzərində sınaqlar başladı - Xolesterin iynəsi gəlir

insanlar-uzerinde-sinaqlar-basladi
Oxunma sayı: 1276

Ürək xəstəliklərinin qarşısını almaq üçün hazırlanan xolesterini azaldan iynə siçanlar üzərində uğurla sınaqdan keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bundan sonra sınaqlar insanlar üzərində başlanıb.

Vyananın tibb fakültəsində 72 nəfər könüllü üzərində dərmanın təhlükəsizlik sınaqları keçirilir.

Sınaqların ilk mərhələsi bu ilin sonuna qədər başa çatacaq.

Bu iynə damarlarda xolesterinin yaranmasına mane olur. Xolesterin iynəsi iflic, angina və ürək xəstəliklərinə qarşı gündəlik istifadə olunan həblərə altenativ olaraq hazırlanıb.

Araşdırmaya başçılıq edən doktor Gunther Staffler iynənin etibarlı və kifayət qədər təsirli olduğunu görmək üçün keçirilən bu sınaqların illərlə davam edəcəyini bildirib.

Staffler "İynə altı il ərzində satışa çıxsa belə, bu insanların idmandan imtina etməsi və çoxlu yağlı yeməklərlə qidalanması üçün bəhanə ola bilməz" deyir.

İynə immun sisteminin PCSK9 adlı zülala təsir göstərməsinə şərait yaradır.

Bu zülal "pis" aşağı sıxlıqlı lipoprotein (LDL) xolesterinin qanda toplanmasına yol açır.

Tədqiqatçılar yeni iynənin immun sistemini gücləndirmək üçün ildə bir dəfə vurula biləcəyini söyləyirlər.

Siçanlar üzərində aparılan sınaqlarda LDL xolesterinin səviyyəsi 12 ay ərzində yüzə 50 nisbətdə aşağı düşüb.

Sınaqlar zamanı iynə damarlarda xolesterin yığılmasının qarşısını alıb.