İnternet portları da daşınacaq

internet-portlari-da-dasinacaq
Oxunma sayı: 791


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mobil nömrələrin daşınması sistemində olduğu kimi, internet provayderlər üzrə “İnternet portlarının daşınması” sistemini də həyata keçirəcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bununla da istifadəçi öz istəyinə uyğun olaraq internet provayderini seçə biləcək. Artıq sistemin texniki bazası hazır vəziyyətə gətirilib, hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində isə müvafiq tədbirlər görülür. “İnternet portlarının daşınması” sistemi yaxın vaxtlarda istifadəçilərin ixtiyarına veriləcək. Bu isə öz növbəsində provayderlər arasında şəffaf, ədalətli rəqabət mühitini təmin edəcək, eyni zamanda, keyfiyyəti yüksəldəcək.

Nigar