“iOS 11”in təqdimat tarixi açıqlandı

ios-11in-teqdimat-tarixi-aciqlandi
Oxunma sayı: 1513

“Apple” şirkəti “iOS 11” mobil əməliyyat sisteminin istifadəyə veriləcəyi tarixi açıqlayıb.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, ABŞ şirkətinin istehsalı olan mobil qurğuların istifadəçiləri 19 sentyabr 2017-ci ildən etibarən yeniləmələri pulsuz quraşdıra bilərlər.

“iOS 11” sistemində tamamilə yenilənmiş “App Store” mağazası, “sükan arxasında olanda məni narahat etmə” funksiyası və yenidən işlənmiş idarə mərkəzi əlçatan olacaq. Təkmilləşdirilmiş “Siri” köməkçisi səslə tərcümə etməyi və istifadəçi haqda informasiyadan başqa qurğularda istifadə etməyi öyrənəcək. “Apple Maps” xəritəsində ticarət mərkəzləri və aeroportların sxemləri öz əksini tapacaq.

“Mesajlar” bölməsində yaradılan məzmun “iCloud” “bulud” saxlanc sistemi vasitəsilə sinxronlaşdırılacaq (bütün mesajlar bütün qurğularda aktual olacaq). “Apple Pay” ödəmə xidməti “iMessage” vasitəsilə və “Touch ID” üzrə autentifikasiyadan keçməklə istifadəçidən istifadəçiyə pul göndərə biləcək.

“iOS 11” mobil sistemi “iPhone 5s”, “iPad Air” və “iPad Pro”, beşinci nəsil “iPad”, “iPad mini” və həmçinin altıncı nəsil “iPod touch” qurğularını dəstəkləyir.