“iPhone 8”in qiyməti açıqlandı

iphone-8in-qiymeti-aciqlandi
Oxunma sayı: 3487

Yeni “iPhone 8” smartfonunun qiyməti açıqlanıb.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, şirkət nümayəndələri ABŞ-da yeni qurğunun qiymətinin təxminən 1000 dollar təşkil edəcəyi barədə açıqlama veriblər.

Smartfonun digər ölkələrdə hansı qiymətə olacağı isə hələlik bilinmir.

Ekspertlərin fikrincə, ABŞ istehsalçısının yeni smartfon modeli dünya mobil telefonlar sənayesində əsl inqilab olacaq. Buna əsas kimi qurğunun tam çərçivəsiz olacağı qeyd edilir.

Bundan başqa, “iPhone 8”də displeyə yerləşdirilən barmaq izi skaneri quraşdırılacaq.