İradə Gülməmmədova Masazır kənd sakinləri ilə görüşdü - Foto

irade-gulmemmedova-masazir-kend-sakinleri-ile-gorusdu
Oxunma sayı: 1386

Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Masazır kəndində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, Abşeronun bütün kənd və qəsəbələrində olduğu kimi Masazır kəndində də mütəmədi olaraq sakinlərlə görüşlərin keçirildiyini vurğulayan İ.Gülməmmədova ötən müddət ərzində bir çox işlərin görüldüyünü, vətəndaşlar tərəfindən qaldırılan problemlərin həlli istiqamətində mühüm addımlar atıldığını qeyd edib.

Sonra Abşeron RİH başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahlar Həsənov və Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev hesabat xarakterli çıxış edərək gördükləri iş, həyata keçirdikləri abadlıq-quruculuq tədbirləri barəsində məlumat veriblər.

Bundan sonra kənd sakinləri çıxış edərək rayon icra başçısının kənd və qəsəbələrdə səyyar görüşlərinin keçirməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən irəli sürülən təkliflərinin reallaşmasında və problemlərin həll olunmasında müstəsna kömək etdiyini bildiriblər. 

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.