İran Hörmüzü bağlayacaq - ABŞ-a cavab

İran Hörmüzü bağlayacaq
Oxunma sayı: 1544

İran Hörmüz boğazını bağlaya bilər.

“Qafqazinfo” “Press TV”yə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun admiralı Əlirza Tanqsiri bildirib. Qərar ABŞ-ın İran neftinin ixracına tam qadağa qoymasından sonra açıqlanıb. Onun sözlərinə görə, Hörmüz körfəzi beynəlxalq dəniz keçididir və o yoldan istifadəyə icazə verilməzsə, İran özünün strateji su yolunu bağlaya bilər.

“İstənilən təhlükəyə qarşı İran sularını qorumaqdan çəkinməyəcəyik. Biz cavab tədbirləri görəcəyik”, - deyə Tanqsiri bildirib.

Qeyd edək ki, ABŞ administrasiyası İranla əməkdaşlığı davam etdirmək üçün 8 ölkəyə verdiyi 180 günlük güzəşt müddətini uzatmayacağını bəyan edib. Bu ölkələr Çin, Yunanıstan, Hindistan , İtaliya, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyədir. Həmin müddət mayın 2-də bitir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi