İran vətəndaşı 38192 dolları qanunsuz keçirərkən tutuldu

iran-vetendasi-38192-dollari-qanunsuz-kecirerken-tutuldu
Oxunma sayı: 638

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Hosseinin çamadanına baxış keçirən zaman çamadanda olan qovluğun içindəki sənədlərin arasından hər biri 100 ABŞ dolları nominalında olmaqla 381 ədəd pul əskinası aşkar edilib.

Halbuki adıcəkilən vətəndaş apardığı malları yazılı və ya elektron formada bəyan etməmiş, həmçinin gömrük əməkdaşı tərəfindən mütləq qaydada bəyan ediləsi malların olub-olmaması barədə şifahi sorğu-sual edilərkən üzərində və baqajında 1000 ABŞ dollarından artıq xarici valyuta və digər mütləq bəyan olunası malların olmadığını bildirmişdi.
Faktla bağlı izahatında isə Hossein ticarət fəaliyyəti ilə məşğul olduğunu və Bakıdakı hesabından 38192 ABŞ dollarını çıxarıb, özü ilə nağd şəkildə İran İslam Respublikasına aparmaq istədiyini bildirmişdi. O, külli miqdarda xarici valyutanı gömrük orqanına bəyan etməməyinin səbəbini isə müvafiq qanunları yaxşı bilməməsi ilə izah edib.