İranda xarici sosial şəbəkələrdən imtina üçün 1 həftə vaxt verildi

iranda-xarici-sosial-sebekelerden-imtina-ucun-1-hefte-vaxt-verildi
Oxunma sayı: 1013

İranda dövlət strukturlarına xarici sosial şəbəkələrdən istifadədən imtina etmələri üçün bir həftə vaxt verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İslam Respublikasının birinci vitse-prezidenti İshaq Cahangiri məlumat verib:

“Bütün dövlət institutları və hakimiyyət orqanları, həmçinin qeyri-hökumət müəssisələri öz fəaliyyətlərini və xidmətlərini bir həftə ərzində İran sosial şəbəkə platformalarına köçürməlidirlər”.