İranlı müğənni azərbaycanlı həmkarları ilə Tehranda konsert verəcək

İranlı müğənni azərbaycanlı həmkarları ilə Tehranda konsert verəcək
Oxunma sayı: 1268

“Yaxın gələcəkdə Tehranda üç azərbaycanlı müğənni ilə birlikdə özəl konsert verəcəyəm”.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bunu İranın tanınmış müğənnisi Haşim İslamian deyib.

“Reyhan” musiqi qrupunun solisti  Haşim İslamian deyib ki, konsert Tehranın “Vəhdət”  sarayında baş tutacaq: “Konsertdə mən Azərbaycanın tanınmış müğənnisi Baloğlan Əşrəfov, Elçin Hüseynov və Namiq Qaraçuxurlu ilə birlikdə musiqisevrərlərlə görüşəcəyik”.

Ayhan adı ilə məşhur olan İranlı müğənni Haşim İslamian hazırda yeni albomu ilə əlaqədar Azərbaycanda səfərdə olduğunu vurğulayıb. “Qrup yoldaşlarımla birlikdə bu ölkədə yeni konsert üçün hazırlaşırıq”, - deyə o bildirib.

Ayhan  yeni albomunun bahar fəslində işıq üzü görəcəyini açıqlayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi