İraqdan “Qarabağ”ın oyununa gəldilər - Fotolar

iraqdan-qarabagin-oyununa-geldiler
Oxunma sayı: 2246

Xəbər verdiyimiz kimi, sabah UEFA Çempionlar Liqasında “Qarabağ” – “Çelsi” oyunu baş tutacaq. “Qafqazinfo” xəbər verir ki, matça maraq həddən artıq böyükdür. 

Hətta xarici ölkələrdən də bu qarşılaşma üçün fanatlar Bakıya gəlib. “Çelsi” klubunun İraq fan-klubu dünəndən paytaxtımızdadır. Onlar qarşılaşmada komandalarına dəstək olacaqlar. 

İraqlı azarkeşlər hətta dünən London klubunun baş məşqçisi Antonio Konte ilə də görüşüblər. Onlar italiyan məşqçi ilə “selfie” də çəkdirməyə imkan tapıblar.