“İRS. İslam həmrəyliyi incəsənətdə” adlı sərgi keçiriləcək

irs-islam-hemreyliyi-incesenetde-adli-sergi-kecirilecek
Oxunma sayı: 693

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən “Qalereya 1969”da “İRS. İslam həmrəyliyi incəsənətdə” adlı sərgi keçiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, tədbir dekabr ayının 7-dən 12-dək davam edəcək.

Sərgi Azərbaycan rəssamlarının yaradıcılığının təbliği, Dövlət Rəsm Qalereyasında qorunub saxlanılan İslam Həmrəyliyini əks etdirən incəsənət əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim olunması məqsədi ilə həyata keçirilir.