İş adı ilə camaata 20 min manat “atdı”

is-adi-ile-camaata-20-min-manat-atdi
Oxunma sayı: 1265

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Seymur Əhmədovun məhkəməsi keçirilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə şahid, həkim Fərman Həsənov istintaqa verdiyi ifadəsini təsdiqləyib. 

Zərərçəkmiş Ağaxan İbadov işə düzəltmək üçün 3500 manat verdiyini, amma S.Əhmədovun qaytarmadığını deyib.

Şahid Vüqar Qurbanov 2500 manat verdiyini, Seymurun 2 min qaytardığını deyib. 

Rasim İbişov deyib ki, qohumu Samir Qasımovu "bp"yə işə düzəltmək üçün verdiyi puldan ona heç nə qaytarılmayıb. Rəşid Cənnətəliyev də dostunu "bp" yə sürücü düzəltmək üçün 2500 manat verdiyini bildirib. 

S. Əhmədova pul verən şəxslər rüşvət məqsədi ilə verdiyi üçün zərərçəkmiş yox, şahid kimi tanınıblar. 

Qeyd edək ki, S.Əhmədov "bp" neft şirkətinə işə düzəltmə adı ilə 6 nəfərə qarşı 20 min manata yaxın ziyan vurub. 

Murad Əhməd