“İslam Avropanın reallığıdır”

islam-avropanin-realligidir
Oxunma sayı: 635

“Qafqazinfo”nun “Deyerler.org”a istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti Abdullah Gül “Avropaya miqrasiya, İslam və multimədəniyyət” mövzusunda təşkil edilmiş simpoziumda çıxışı zamanı bildirib.

“Düz olduğun zaman özünü səhv mövqeydə görmək lazım deyil. Avropada yaşayan müsəlmanlar demokratik və hüquqi mexanizmləri işə salaraq rasist və təcavüzkar siyasətin əsl üzünü cəmiyyətə göstərməlidir. Rasizm və diskriminasiya demokratiyanın düşmənləridir”.

Gülün sözlərinə görə, İslam dini Avropada artıq uzun illərdir ki, yayılır və əsrlər boyunca İslam Avropanın reallığına çevrilib.