İslam əleyhinə veriliş etirazlara səbəb oldu

islam-eleyhine-verilis-etirazlara-sebeb-oldu
Oxunma sayı: 634

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, Belçikada fransız dilində efirə çıxan dövlət televiziyasının “Günün başlıca problemləri” verilişində ölkə müsəlmanları haqqında bildirilən xoşagəlməz fikir və rəylər müsəlmanların etirazına səbəb olub.

Belə ki, Belçikanın bir sıra siyasətçiləri və müsəlman icmasının nümayəndələri İslam dini haqda mütəmadi şəkildə mənfi fikirlərin səsləndirildiyi verilişi tənqid ediblər. Ölkənin Valon Sosialist Partiyasının sədr müavini və eyni zamanda paytaxt Brüsseldə müsəlmanların sıx məskunlaşdığı Molenbik rayonunun bələdiyyə sədri Filip More dövlət televiziyasının irqçi və islamofobiya mövzulu mövqeyinin qəbuledilməz olduğunu deyib. More sözügedən verilişdə ölkə ictimaiyyətinin razı qalmayacağı bir neçə radikal nümunə verilməklə Belçika müsəlmanlarının damğalanmağa çalışıldığını bildirib.

Məlum verilişi hazırlayanların müsəlmanlar haqqında bircə müsbət fikir bildirmədiyinə görə tənqid edən More ölkədə müsəlman qadınların geyimi vasitəsilə “radikal” islamın yayıldığını iddia etmənin manipulyasiyadan başqa bir şey olmadığını deyib.

Paytaxt Brüsseldən olan regional millət vəkili Mahinur Özdəmir də proqramda gərgin musiqi ifası ilə belçikalı müsəlmanların ümumu əks etdirməyən nümunələrinin ekranda nümayiş etdirilməsinin telekanalın bitərəflik prinsipinə zidd olduğunu qeyd edib.