İslamçıların məhkəməsində vəkillər çıxış edir

islamcilarin-mehkemesinde-vekiller-cixis-edir
Oxunma sayı: 638

“Faktxeber.com” saytı xəbər verir ki, məhkəmə binası qarşısında izdiham var. İslamçıların yaxınları,dostları və partiya funksionerləri məhkəmə qarşısına gəliblər. Məhkəminin qarşısında 150 nəfərdən çox insan toplaşıb. Əraziyə çoxlu polis əməkdaşı da cəlb olunub.

“Media forum” saytı xəbər verir ki, günün birinci yarısında M.Səmədovun və R.Axundzadənin hüquqlarını müdafiə edən vəkil Anar Qasımlının çıxışı olub. Daha sonra V.Abdullayevin vəkili Nemət Heydərov, Dəyanət Səmədovun vəkili Məzahir Şahmarov çıxış ediblər.

Sentyabrın 28-də keçirilən prosesdə dövlət ittihamçısı Vüqar Quliyev təqsirləndirilən şəxslərə - Mövsüm Səmədova, Vaqif Abdullayevə, Fəramiz Abbasova və Rufulla Axundzadəyə 12 il, Dəyanət Səmədov və Firdovsi Məmmədrzayevə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası, Zülfüqar Mikayılzadəyə 5 il sınaq müddəti tətbiq olunmaqla 11 il şərti iş verilməsini istəyib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 214.2.1 (Qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq); 214.2.3 (Odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq); 228.3 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə); 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittiham olunurlar.

Rufulla Axundzadəyə Cinayət Məcəlləsinin 283.1-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.