İsrail HƏMAS-ın mövqelərini vurub

israil-hemas-in-movqelerini-vurub
Oxunma sayı: 647

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Qəzza zolağında HƏMAS-ın mövqelərinə hücum edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat yayıb.

Hava hücumlarının HƏMAS təşkilatının Şaar ha-Neqav regionuna raket atmasına cavab olaraq həyata keçirilib. Qırıcıların Qəzzanın şimal və cənubunda yerləşən iki hədəfi vurduğu qeyd olunub.

Bundan əvvəl Qəzza zolağından İsrailə raket atıldığı məlumat verilmişdi. Raket açıq sahəyə düşdüyündən xəsarət alan olmamışdı.