İsrail HƏMAS mövqeyinə zərbə endirdi

israil-hemas-movqeyine-zerbe-endirdi
Oxunma sayı: 703

İsrail ordusu hərbçiləri HƏMAS hərəkatının mövqeyinə zərbə endirib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “Qaareç” nəşri məlumat yayıb.

Məlumata görə, çərşənbə axşamı günü İsrail ordusunun patruluna Qəza zolağının cənubunda atəş açılıb. İnsident nəticəsində hərbçilərdən xəsarət alan olmayıb.

Buna cavab olaraq İsrail tankları HƏMAS-ın müşahidəçi məntəqəsini atəşə tutub.