İsrail ordusu 27 fələstinlini saxlayıb

israil-ordusu-27-felestinlini-saxlayib
Oxunma sayı: 761

İsrail ordusu fələstinlilərə qarşı əməliyyat keçirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İordan çayının qərb sahillərində 27 fələstinli saxlanılıb. İsrail ordusunun mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilir ki, əməliyyatı polis, sərhəd polisi və  İsrail təhlükəsizlik xidməti birgə keçirib. Bu zaman qərb sahillərinin müxtəlif rayonlarında silahlar və 3 avtomobil müsadirə olunub.

Qeyd edilir ki, saxlanılanlar terror fəaliyyəti, kütləvi terror, İsrail vətəndaşı və əsgərlərinə qarşı zorakı hərəkətlərdə şübhəli bilinirlər. Şübhəlilər dindirilmək üçün əks-kəşfiyyata veriliblər.

Aysel Kərimova