İsrail təyyarəsi Daglıq Qarabağda

israil-teyyaresi-dagliq-qarabagda
Oxunma sayı: 648

Məlumatda bildirilir ki, vurulan pilotsuz təyyarənin fotolarında Azərbaycana aid heç bir simvol görünmür. "Sıcaq Gündem" qəzeti buna əsas kimi, bu il 26 iyun tarixində Bakıda təşkil edilən hərbi paradda Azərbaycana aid pilotsuz təyyarələrin Azərbaycan bayrağıyla bəzədildiyini xatırldıb.

Adının gizli qalmasını istəyən Türk diplomatiyasına yaxın bir qaynağın verdiyi məlumata görə, Dağlıq Qarabağda vurulan təyyarə İsrail Hava Qüvvələrinə aid olub.

"Təyyarə Ermənistan və ya işğal altındakı Dağlıq Qarabağdakı hərbi bazadan qalxaraq İranla əlaqədar kəşfiyyat uçuşu edib. Beləcə, Azərbaycanın işğal altındakı torpaqları ermənilər üçün yalnız narkotik trafiki, terrorçu sığınacağı deyil, gizli əməliyyatlar və hərbi kəşfiyyat üçün bazaya çevrilib", deyə mənbə qeyd edib.

Eyni qaynaq, İsrailin son vaxtlarda pilotsuz hava vasitələrindən bütün Orta Şərq bölgəsində istifadə etdiyini vurğulayıb.Amma mövzu ilə əlaqədar açıq qalan suallar da var. Məsələn, nəyə görə, 12 sentyabrda baş verən hadisə mətbuatda 14 sentyabrda yayılıb?

Qeyd edək ki, ermənilər təyyarənin Azərbauycana aid olduğunu bildirmişdilər. Ancaq fotolardakı təyyarə havada vurulmuşa bənzəmir. Təyyarədə yanğın və güllə dəlikləri yoxdur. Amma başqa bir şey görünür - cihaz yalnız yerə çarpılıb və məhv olub.

Başqa bir iddia isə ermənilərin yayımladığı videoda düşmüş pilotsuz uçuş aparatının bəzi cihazlarının üzərində Kanadada fəaliyyət göstərən "NovAtel" şirkətinin embleminin olması ilə bağlıdır. Qəzetə məlumat verən mənbə bildirib ki, "NovAtel" yüksək dəqiqliyə malik sistemlər hazırlayır. İsrail bu şirkətdən yeni nəsil pilotsuz aparatları olan "Hermes 1500", "Hermes 900" və "Hermes 180" üçün DGPS sistemləri alıb. İsrail Azərbaycana "Hermes" sinifli aparatlardan yalnız "Hermes 450" satıb ki, o aparatda da "NovAtel" sistemləri istifadə olunmur.

Qeyd edək ki, Azərbaycan Hava Qüvvətlərində istifadə edilən İsrail istehsalı olan pilotsuz təyyarə Hermes 450 (1994)dır. Dağlıq Qarabağda vurulan pilotsuz təyyarə isə Hermes-180dir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti də iİşğal olunmuş ərazilərdə yerə düşərək dağılan pilotsuz hərbi təyyarənin Azərbaycana heç bir aidiyyəti olmadığını bəyan etmişdi.